Natiq

1 Sayt nədir – 2 veb sayt nədir

1 Sayt nədir – 2 veb sayt nədir?

1 Sayt nədir – 2 veb sayt nədir sualına cavab: Sayt (“veb sayt” olaraq da yazılır) ümumi bir domen adı ilə təyin olunan və ən azı bir veb server tərəfindən yayımlanan veb səhifələrin və əlaqəli məzmunun toplusudur. Sayta nümunə olaraq bizim saytımız zaka.biz göstərə bilərik.

sayt nədir

Yuxarıda göstərilən şəkildə HTTPS SSL protokolu bilindirir. Zaka saytın adın .biz birinci səviyyəli domeni bilindirir. İnternet bələdçi vasitəsi ilə saytlara daxil olmaq üçün saytın adını və domenini dəqiq bilmək lazımdır. Əgər saytın adını bilmiriksə axtarış sistemlərindən(google.com, yandex.ru, mail.ru, bing.com, yahoo.com və s.) istifadə edib, bizə lazım olan saytlara daxil oluruq.

Sayt nədir onların növləri.

Saytlar elm və tərəqqinin bütün sahələrini əks etdirir. İnformasiya yayımı ilə məşğul olan saytlar xəbər saytları adlanır. Bundan sonra ticarətlə məşğul olan saytlar, biznesi əks etdirən saytlar, hətta şəxsi məlumatları yerləşdirərək özü haqqında məlumat verən saytlar da çoxluq təşkil edir. Bu saytlar həcminə görə müxtəlif olurlar. Kiçik saytlar bildiriş xarakterli saytlar vizitkart saytlar adlanır, onlar əksərən statistik tərkibli saytlar olurlar. Böyük həcmli saytlar portal saytlar adlanır, belə saytlar dinamik kontenti olan saytlardır.

Statistik və Dinamik saytlar

Statistik saytlar bir neçə səhifədən ibarət olub, tərkibində dəyişiklik etmək, saytın kodları ilə işləmək bacarığı tələb edir. Dinamik saytları idarə etmək üçün sayt inzibatçısına kodları bilmək vacib deyil. Belə saytları idarə etmək üçün Ms. Word proqramını bilmək kifayət edər. Dinamik xarakterli saytları idarə etmək asan olduğu üçün dünyanın əksər saytları belə strukturda yaradılır. Biz müştərilərimiz üçün hər iki növ saytların hazırlanıb, məxsusi dizaynla tərkibini qururuq.

Veb sayt nədir? Saytla onun fərqi varmı?

Veb saytla sayt arasında heç bir fərq yoxdur. Onlar hər ikisi bir birini tamamlayır. Sadəcə olaraq Veb sayt dedikdə mobil versiyanı dəstəkləməyən saytlar nəzərdə tutula bilər. Mobil versiyalı saytlar veb saytlardan fərqi ondadır ki, onlar planşet və telefonda rahat istifadə oluna bilir. Bu saytlara mobil aplikasiyalar aid deyil.

Leave a Comment