Natiq

Sayt hazırlanması

Sayt hazırlanması

Sayt hazırlanması üçün məxsusi proqram dilini bilmək vacibdirmi? Belə bir suala sualla cavab verə bilərik. Saytı hazırlamaq sizə hansı işə görə lazımdır? Əgər siz biznesinizin təsvirini internetdə görmək istəyirsinizsə və ya brendinizi yaratmaq və inkişaf etdirmək istəyirsinizsə, onda siz iki yoldan birini seçməlisiniz.

  1. Sadə dizaynlı kiçik büdcəli sayt hazırlanmasını sifariş etmək.
  2. Özəl funksiyalı böyük büdcəli geniş sayt sifariş vermək.
  3. Hostinq Domen alaraq saytını özün yaratmaq.

Yuxarıda göstərilən hər iki halda sizin biznesinin təsviri olan məxsusi domen adı korparativ elektron poçtu və s. əsas imkanları olacaq. Onda belə bir sual qarşıya çıxır əgər kicik büdcə ilə normal sayt yaratmaq mümkün olacaqsa bəs niyə bahalı büdcəli sayt yaratmalıyam? Buna hər kəs özü cavab versə daha yaxşı olar…

Sayt hazırlanması

Sayt hazırlanmasının xeyri nədir?

Sayt hazırlanmasına gəldikdə, bu sahə ilə çoxumuzun tanış olmadığımız görünür. Yəqin ki, dünyada 4 milyard İnternet istifadəçisi ilə daha çox iş görməli olacağına inanırıq. Bəli internet sərhəd tanımır. Belə olduğu təqdirdə nə üçün biz geridə qalmalıyıq? Hər kəsin biznes sahəsindən aslı olmayaraq internetdə bir səhifəsi olmalıdır. “Əgər sizin biznesinizin təsviri internetdə yoxdursa demək ki, sizin biznesiniz yoxdur.” Bu sözlər dünyanın 86%-dən kompüterini əməliyyat sistemi ilə təmin edən Microsoft korparasiyasinin təsisçisi Bill Geyts söyləyib.

Hər kəsin saytı olmalıdırmı?

Sayt biznesin təsviridir bunun olmasına cavab yuxarıda verildi. Bəli hər bir biznesin internetdə təsviri olmalıdır. İş adamlarını hər birinin saytı olmalıdırmı? Bu onların karyera pillələri ilə yüksəlmək arzularından aslıdır. Əgər hər bir iş adamı sabah bu gündən yaxşı yaşamasını istəyirsə, öz bilik və bacarığını nümayiş etdirməyi bacarmalıdır. Bu bacarığı nümayiş etdirməyin də ən yaxşı yolu internetdə özünün şəxsi saytının olmasıdır. Siz saytınızda bacarıqlarınızı nümayiş etdirə və iş təklifləri arasında ən sərfəlisini seçə bilərsiniz. Belə iş adamları üçün biz saytları ən kiçik büdcə ilə hazırlamaq imkanlarımız var.