Haqqımızda

Zaka.biz – Biz Kimik?

Zaka.biz – sadəcə vebsayt hazırlayan bir yer deyil. Bu, ideyanın gerçəyə çevrildiyi, orijinal dizaynla fərqləndiyin və müştəri kimi yox, dost kimi qarşılandığın bir məkandır. Fəaliyyətimizə 2011-ci ildən başlamışıq və o vaxtdan bəri çox şey dəyişdi. Amma dəyişməyən bir şey var: işə olan sevgimiz və hər bir layihəyə ürək qoymağımız.

Missiyamız

Biz müştərilərimizin uğurunu öz missiyamız hesab edirik və onların biznesini yeni səviyyəyə qaldırmaq üçün fəaliyyət göstəririk. Dəyişən dünyada rəqabət qabiliyyətini qoruyub saxlamaq üçün müştərilərimizə yenilikçi, sürətli və effektiv həllər təqdim edirik. Biz müştərilərimizlə birgə düşünür, onların ehtiyaclarını anlayır, texniki dəstəklə daim yanlarında oluruq. Çünki bizim üçün əsas məqsəd – gözəl görünən bir sayt yox, uğur qazandıran bir layihə olmalıdır.

Dəyərlərimiz

  • İnnovasiya – Davamlı inkişaf və yeni texnologiyalara yiyələnmək
  • Etibarlılıq – Şəffaf və peşəkar əməkdaşlıq
  • Müştəri məmmunluğu – Fərdi yanaşma və yüksək keyfiyyətli xidmət

Niyə Zaka.biz?

  • Sürət və Keyfiyyət – Sifarişlərin operativ və etibarlı icrası
  • Müştəri Uğuru – Hər bir layihəni müştərinin biznesində dəyər yaratmaq üçün həyata keçiririk
  • Rəqabət Üstünlüyü – Yeniliklərə açıq və dinamik yanaşma

Zaka.biz – burada sadəcə veb dizayn deyil, bir az da ilham var. İstər fərdi sayt, istər biznes üçün platforma, istərsə də sürətli VPS hostinq – biz hər detalda sürətə, keyfiyyətə və fərqliliyə önəm veririk. Bizə qoşulun və biznesinizi gələcəyə hazırlayın!